Strategiya
Bu bölmə əməkdaşlıq strategiyamızı, iş prinsipimizi və tərəfdaş seçimində əsas götürdüyümüz yanaşmanı ümumi şəkildə izah edir.
Nə etmirik?
Biz əməkdaşlığa yalnız satış edib komissiya qazanmaq prinsipi ilə yanaşmırıq. Qısamüddətli, yalnız vasitəçilik xarakteri daşıyan və bazarda real dəyər yaratmayan əməkdaşlıq modelləri fəaliyyət yanaşmamıza uyğun deyil. Bizim üçün partnyorluq sadəcə satışdan ibarət deyil.
Nə edirik?
Biz bazar inkişafına yönəlmiş, strateji və uzunmüddətli əməkdaşlıq modelinə üstünlük veririk. Məqsədimiz istehsalçının müəyyən bazarda mövqe qazanmasına, tanınırlığının artmasına, bazar payı əldə etməsinə və davamlı inkişafına dəstək olmaqdır. Əməkdaşlığa qarşılıqlı dəyər və real inkişaf prizmasından yanaşırıq.
Biz yeni bazara daxil olmaq, mövqeyini gücləndirmək, brend tanınırlığını artırmaq və uzunmüddətli nəticə əldə etmək istəyən istehsalçılarla işləməyə açığıq. Əgər tərəfdaşlıq məqsədi yalnız ani satış deyil, bazarda sistemli inkişaf və dayanıqlı mövqe qurmaqdırsa, belə əməkdaşlıq bizim üçün maraqlıdır.